Neftin qiyməti 47 dolları keçdi

Neftin qiyməti 47 dolları keçdi Çərşənbə günü neftin dünya qiymətləri artmaqda davam edir.

Tehsil-press.az xəbər verir ki, bu gün saat 22:23-ə olan vəziyyətə görə, "Brent" markalı neftin qiyməti 11 noyabr 2015-ci il tarixindən bu yana ilk dəfə olaraq 47 dollara çatıb. Belə ki, Şimal dənizi neftinin bir barelinin iyul fyuçersləri 3,18% bahalaşaraq 47,03 dollar olub. Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 3,20% artaraq bir barelə görə 45,45 dollar təşkil edib.

tehsil-press.az

Oxşar xəbərlər