PKK-çılardan Ermənistan etirafı - Video

PKK-çılardan Ermənistan etirafı - Video Hakkarinin Yüksekova vilayətində PKK terror təşkilatının üzvlərinin kamera görüntüləri ələ keçirilib.

Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cənub-Şərqi Anadolu bölgəsində PKK-ya qarşı aparılan əməliyyatlarda ələ keçirilən görüntülərdə terrorçuların yerlərini tez-tez dəyişdirdiyi, bəzən məscidlərə, bəzən bir neçə mərtəbəli binalara, bəzən də birmərtəbəli binalara sığındığı məlum olub.
Video görüntülərdə Rozerin kodlu terrorçu Rıgar kodlu bir terrorçuya “Ermənilər də bu müharibədə savaşır” deyib. Onun bu cümləsinə cavab olaraq “Ermənilər olmasa bu müharibəni qazana bilməzsiniz” deyildiyi aydın olub.



tehsil-press.az

Oxşar xəbərlər