
Müdafiə Nazirliyindən tehsil-press.az-a verilən məlumata görə, təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.
tehsil-press.az