
Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, Pxenyanın yeni roket sınağı uğursuz alınıb. “Musudan” tipli roket havaya qalxdıqdan bir neçə saniyə sonra öz-özünə partlayıb. Bildirilir ki, orta mənzilli “Musudan” roketləri Amerika Birləşmiş Ştatlarının Asiya və Sakit Okeanındakı hərbi bazalarını vura biləcək gücdədir. Mərmilərin uçuş məsafəsi 3 min kilometrdən çoxdur. Qeyd edək ki, ötən həftə Şimali Koreyanın Dəniz donanması ballistik raket sınağını gerçəkləşdirmişdi. Pxenyan sualtı qayıqdan atılan roketin, şərti hədəfi dəqiqliklə vurduğunu açıqlamışdı.
tehsil-press.az