MDU-nun hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov "Narkomaniya - mənəviyyatı məhv edən ümumbəşəri bəla", MDU-nun hüquqşünası Polad Atayev: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qanunvericiliyin müddəalarını və tələbləri”, , MDU-nun müəllimi Leyla Əmədova "Narkotik asılılıq və onun formalaşma mərhələləri" mövzusunda məruzələrlə çıxış ediblər.
Seminarın narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin gənclərə izah edilməsinin əsas məqsəd kimi müəyyən edildiyi diqqətə çatdırılıb və bu mövzuda videoçarx nümayiş olunub.
Qeyd edək ki, tələbələrin maarifləndirilməsini hədəfləyən və sağlam cəmiyyətə xidmət edən bu kimi tədbirlər MDU –da mütəmadi olaraq həyata keçirilir.
Tehsil-press.az