Azərbaycanda bütün sahələrdə islahatlar uğurla davam edir və öz yaxşı nəticələrini verir. İdarəetmə sistemində də Prezidentin Xüsusi Nümayəndəliyinin təsis edilməsi bir yenilikdir. Sözsüz ki, bu da idarəetmənin şəffaf, düzgün və operativ idarə olunaması üçün vacibdir.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a açıqlamasında yeni idarəetmə formasına keçid və İH-lərin ləğvi məsələsi haqda danışarkən deyib.
“Prezidentin Xüsusi Nümayəndəliyinin təsis edilməsi işğaldan azad olunmuş regionlarda görülən işlərin həm sürət, həm keyfiyyət, həm də nəzarət altında aparılmasına imkan verir. Xüsusi nümayəndəlik məhz bu işlərlə ciddi məşğul olmaqla, tikinti-bərpa, abadlıq işlərinin görülməsində xüsusi rol oynayır. İşğaldan azad olunan ərazilərdəki möhtəşəm işlər bunu deməyə əsas verir. İcra orqanları isə vətəndaşların tələb və arzularını öyrənir. Eyni zamanda onlarla görüşlər keçirilir, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görüb, həyata keçirirlər. Bu, heç də paralellik deyil, düşünülmüş idarəetmə formasıdır. Öz səmərəsini veririsə, daha da təkmilləşəcək”, - o bildirib.
Komitə sədri söyləyib ki, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər:
“Artıq işğaldan azad olunmuş ərazilərə insanlar köç edirlər. Bir çox rayonda məskunlaşma başlayıb. İnsanlar özlərinin normal həyatlarını təmin etmək üçün yerli müəssisələr qurur, iş yerləri açırlar. Əlbəttə, təkmilləşməyə ehtiyac var. İdarəetmənin təkmilləşdirilməsi, yeni statusların tətbiqi ölkə başçısının səlahiyyətindədir. Lazım olarsa, idarəetmədə bu və ya digər formada yeniliklər yaradıla bilər. İdarəetmədə yeni institutun tətbiqi o demək deyil ki, icra hakimiyyətləri tez bir zamanda ləğv edilməlidir. Gələcəkdə buna ehtiyac yaranarsa və yeni idarəetmə formaları özünü daha yaxşı doğruldursa, sözsüz, yeniliklər tətbiq olunmalıdır”.
Tehsil-press.az