BDU rektoru Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn tələbələrlə görüşüb

BDU rektoru Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn tələbələrlə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bolqarıstanda Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib gələn Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  və Amil Cəbiyevlə görüşüb.

BDU-da olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdıran rektor tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, Mexanika-riyaziyyat fakültəsi Azərbaycanda riyaziyyat elminin əsas məbədidir. Tətbiqi elmlər üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin stimullaşdırılması BDU-nun əsas prioritetləri sırasındadır.

Qeyd edək ki, Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU-nun Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev  I yeri qazanaraq qızıl, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub. Olimpiada avqustun 5-dən 11-dək Bolqarıstanda yerləşən Amerika Universiteti və London Universitet Kollecinin birgə təşkilatçılığı ilə Blaqoevqrad şəhərində keçirilib. Tələbələrimiz həm də BDU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş tələbələr arasında Riyaziyyat üzrə Respublika Olimpiadasının qalibidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər