BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinə mükafatlar təqdim edilib

BDU-nun fakültələrarası idman yarışlarının qaliblərinə mükafatlar təqdim edilib Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və BDU-nun 100 illik yubileyinə həsr olunmuş fakültələrarası futbol çempionatında və digər idman növləri üzrə yarışlarda qalib gələnlərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Badminton üzrə qızlar arasında yarışda Nəzakət Təmrazova I (biologiya fakültəsi), Elnarə Sərkərova II (mexanika-riyaziyyat fakültəsi), Lalə Piriyeva III (fizika fakültəsi), oğlanlar arasında yarışda isə Kamil Abdullayev I (şərqşünaslıq fakültəsi), Sərdar Sərdarlı II (coğrafiya), Müsəlləf Səməndərov III (coğrafiya fakültəsi) yerə layiq görülüblər.
Stolüstü tennis yarışlarında qızlar arasında Nigar Mehrəliyva I (coğrafiya fakültəsi), Günay Mehdi II (beynəlxalq münasibətlər və iqtisadiyyat (BMİ) fakültəsi), Gülər Abdinova III (filologiya fakültəsi), oğlanlar arasında Kadir Savrum I (sosial elmlər və psixologiya (SEP) fakültəsi), Şükür Şükürzadə II (jurnalistika fakültəsi), Fərhad Xankişiyev III (BMİ fakültəsi) yeri qazanıblar.
Qızlar arasında şahmat yarışlarında Jalə Babazadə I (SEP fakültəsi), İradə Rəhimova II (mexanika-riyaziyyat fakültəsi), Firavan Əlizadə III (hüquq fakültəsi), oğlanlar arasında isə Ağazahir İlyaslı I (BMİ fakültəsi), Səid Rəfili II (BMİ fakültəsi), Heydər Mehdiyev III (tarix fakültəsi) yerləri bölüşüblər.
Komandalar arasında voleybol yarışında BMİ fakültəsi I, ekologiya və torpaqşünaslıq fakültəsi II, kimya fakültəsi III yerə, basketbol yarışında kimya fakültəsi I, coğrafiya fakültəsi II, tarix fakültəsi III yerə layiq görülüblər.
Xüsusi maraqla izlənən futbol çempionatında geologiya və coğrafiya fakültələri III yeri bölüşüblər, ekologiya fakültəsi II yeri qazanıb, yarışın çempionu isə tətbiqi riyaziyyat və kibernetika fakültəsi olub.
Mükafatları BDU-nun rektoru Elçin Babayev və fakültələrin dekanları təqdim ediblər.

BDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər