Dəm qazından ölən tələbələr eyni rayonun sakinləri imiş

Dəm qazından ölən tələbələr eyni rayonun sakinləri imiş Bu həftə dəm qazından vəfat edən tələbələr Balabacı Manafova və Nərmin Hüseynova eyni rayonun sakinləri olublar.

Balabacı Manafova Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub.

Xaçmaz rayonunun Çinartala kəndindən olan tələbə bir ay öncə ailə həyatı qurub. 1999-cu il təvəllüdlü Balabacı Manafova noyabrın 13-də ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Noyabrın 15-də isə Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Hüseynova Kamal qızı vəfat edib.

O, Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq həyatını itirib.

Tələbə Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

Hər iki faktla bağlı araşdırma aparılır./Modern.az/

Tehsil-press.az

Oxşar xəbərlər