"İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yaşıl Bələdçi" layihəsi uğurla başa çatmışdır. Sentyabr-noyabr 2024-cü il ərzində icra edilmiş layihə çərçivəsində Lənkəran rayonunda yaşayan 18-29 yaşlı 18 gənc ekoturizm sahəsində nəzəri və praktiki biliklərə yiyələnmişdir.
Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgəsində yaşayan gənclərin ekoturizm sahəsində təlim və məsləhət mexanizmləri vasitəsilə bilik və bacarıqlarını artırmaq, onların bölgənin ekoloji inkişafında fəal vətəndaşlar kimi formalaşmasına dəstək olmaq idi.
İki günlük nəzəri təlim zamanı iştirakçılara ətraf mühitin qorunması, ekoloji tarazlıq və biomüxtəliflik kimi aktual mövzular tədris edilmiş, ekoturizmin mahiyyəti və perspektivləri müzakirə olunmuşdur. Təlimlərdə yerli və beynəlxalq səviyyədə uğurlu ekoturizm təcrübələri və modelləri təqdim edilmişdir.
Nəzəri təlimlərdən sonra iştirakçılar üçün bölgənin qorunan təbiət ərazilərinə bir günlük praktik səfər təşkil edilmişdir. Bu səfər zamanı gənclər ekoturizm infrastrukturu, marşrutların hazırlanması və idarə edilməsi ilə yerində tanış olmuşlar.
Qeyd etmək lazımdır ki, ətraf mühitin qorunmasında gənclərin məlumatlandırılması, gələcək nəsillərin ekoloji məsuliyyətlə formalaşdırılması və təbiətin mühafizəsinin davamlı təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Gənclərə ətraf mühitin qorunması ilə bağlı bilik və bacarıqların öyrədilməsi, onların qərar qəbuletmə proseslərində daha aktiv iştirakını təmin edir, həm də cəmiyyətin ekoloji problemlərin həllində daha geniş iştirakına yol açır. Bu, yalnız ekoturizmin inkişafı deyil, həm də biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət edən mühüm bir addımdır. Belə təşəbbüslər gənclərin ekoloji və sosial məsuliyyət daşıyan fərdlər kimi formalaşmasına yardım edir, onların təbiətə qarşı həssas münasibətini dərinləşdirir.
Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Layihə Lənkəran-Astara Regional Məşğulluq İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Tehsil-press.az