
Layihə müddətində gənclərin biliklərinin artırılması istiqamətində Bakı şəhərində ümumilikdə 4 təlim baş tutub. Bu təlimlərdə iştirakçılar nəzəri və praktiki biliklər əldə etmiş, onlarla workshop keçirilmişdir. Təlimlərin sonunda layihəni uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihə çərçivəsində 10-11-ci sinif şagirdlərinin sosial iş ixtisası və könüllülük fəaliyyəti haqqında maarifləndirilməsi məqsədilə Bakı şəhərinin qəsəbələri və Hacıqabul rayonu daxil olmaqla, ümumilikdə 9 məktəbdə layihə rəhbəri Günel Babayeva tərəfindən seminarlar da verilmişdir.
Göstərdiyi dəstəyə görə layihənin donoru Gənclər Fonduna, məkan dəstəyinə üçün "Cığır" MDİD İB-ə, məktəblərdə görüşlər keçirilməsinə şərait yaratdıqları üçün Bakı Şəhər Təhsil İdarəsi və Şirvan- Salyan Regional Təhsil İdarəsinə, həmçinin məktəb rəhbərliklərinə təşəkkür edirik.
Tehsil-press.az