Zirəddinin gələn il üçün Azərbaycanla bağlı PROQNOZU

Zirəddinin gələn il üçün Azərbaycanla bağlı PROQNOZU Son vaxtlar bəzi ekstrasenslər 2025-ci illə bağlı bədbin açıqlamalar verirlər. Bu isə ictimaiyyətdə narahatlığa səbəb olur. Belə ki, bəziləri 2025-ci ilin Azərbaycan üçün uğursuz olacağını iddia edirlər.

Tehsil-press.az bildirir ki, Globalinfo.az-a danışan tanınmış ekstrasens Zirəddin Rzayevin sözlərinə görə, 2025-ci il yeni ideyalar ilidir.

O deyib ki, növbəti il təkcə xoş hadisələrlə deyil, həm də yeni müharibənin qığılcımları ilə yadda qalacaq:

"Bəzi xarici qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışacaqlar, lakin bu baş tutmayacaq.

ABŞ, Fransa və Almaniya kimi dövlətlərin Ermənistana hərbi və texniki dəstək göstərməsi ürəkaçan deyil. Sanki ABŞ Ukraynada olduğu kimi Cənubi Qafqazı da müharibə meydanına çevirmək arzusundadır. İlin ortaları, ələlxüsus da aprel-may aylarında Azərbaycan-Ermənistan münasibətləri müəyyən qədər gərginləşə bilər. Amma bu, böyük savaşlarla nəticələnməməlidir".

Z.Rzayev sülh müqaviləsi haqda da fikir bildirib:

"Bu il sülh müqaviləsinin imzalanması ehtimalı azdır. Ancaq buna baxmayaraq yeni danışıqlar və təkliflər olacaq. 2026-ci ildə sülh müqaviləsinin imzalanması real görünür".

Ekstrasens Azərbaycanda təbii fəlakətlərin baş verə biləcəyini açıqlayıb:

"Təbiət hadisələrinə gəldikdə isə 2025-ci il Azərbaycan üçün su daşqınları və qasırğalarla yadda qalacaq. Bu il Xəzər dənizi özünü qeyri-adi aparacaq. Eyni zamanda palçıq vulkanı aktivləşməsi də müşahidə oluna bilər. Dağlıq bölgələrdə və cənubda təbii fəlakətlərin aktivləşməsi ehtimalı var".

Tehsil-press.az

Oxşar xəbərlər