
Taker Karlsonun “X” sosial şəbəkəsində Lavrovla müsahibəsi dərc olunduqdan sonra beş milyondan çox baxış toplayıb.
63 min istifadəçi yazıya “like” işarəsi qoyub. Paylaşımın repostlarının sayı 22 minə çatıb.
Xatırladaq ki, T.Karlson cari ilin fevralında Rusiya Prezidenti Vladimir Putindən müsahibə almışdı. 2 saat 6 dəqiqə davam edən müsahibə zamanı Rusiya lideri təqribən 60 suala cavab vermişdi.
Tehsil-press.az