Bu barədə "Clash Report" məlumat yayıb.
Nəşr iddia edir ki, təyyarə Livan yaxınlığında radarlardan itib. Ərazidə partlayışın qeydə alındığı da bildirilir.
"FlightRadar" saytının məlumatlarına görə, Bəşər Əsədi daşıdığı iddia edilən İl-76 təyyarəsi kəskin enişdən sonra radarlardan itib.
Müxalifət təyyarənin vurula biləcəyini bildirsə də, hələ ki, təsdiqi yoxdur. Versiyalardan biri budur ki, təyyarənin ötürücüləri qəsdən söndürülüb və buna görə İl-76 radarlardan itib.
Tehsil-press.az