Böyük təhlükə yaradan avtobus sürücüləri - Video

Böyük təhlükə yaradan avtobus sürücüləri - Video İçi sərnişinlə dolu mikroavtobus yanacaq doldurma məntəqəsinə elə gəldiyi kimi də daxil olur. Burada təhlükəsizlik qaydaları kobud surətdə pozulur.

Tehsil-press.az xəbər verir ki, bu fikirlər Kanal S-in sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan sürücülər haqda hazırladığı reportajdandır. Materialda bildirilir ki, bu nəqliyyat vasitələrində olan sərnişinlərin hər biri hansısa bir ailənin üzvüdür. Təhlükədən, bədbəxt hadisədən isə heç kim sığortalanmayıb.
Müəyyən səbəbdən partlayış və bu kimi qəza hadisəsi baş verərsə nəticəsinin miqyasını təsəvvür eləmək elə də çətin deyil. Əslində bu qaydaya riayət eləmək elə də böyük zəhmət tələb eləmir və ya vaxt itkisinə səbəb olmur. Sadəcə bir qədər məsuliyyətli olmaq kifayətdir. Halbuki, buna yol verən sürücülər bunu vaxt itkisi ilə əlaqələndirir.
Qayda pozuntusu demişkən, bu kimi hallara qarşı müəyyən cəza tədbirləri nəzərdə tutulur. Məsələdə həm yanacaqdoldurma məntəqəsi, həm də sürücülər müəyyən dərəcədə məsuliyyət daşıyır.
Şəkidə 20-yə yaxın yanacaqdoldurma məntəqəsi var və gündəlik olaraq bu məntəqələrdən orta hesabla 100-ə yaxın mikroavtobus yanacaq doldurmaq üçün istifadə edir. Yəni oxşar mənzərə əksər məntəqə üçün xarakterikdir. Nəzərə alsaq ki, bu məntəqələr insanların daha çox istifadə etdiyi ən təhlükəli obyektlər siyahısına daxildir, məsələnin aktuallığını görməzlikdən gəlmək olmaz.




Tehsil-press.az

Oxşar xəbərlər