Kobaxidze: Gürcüstan Prezidenti Zurabişvili pensiyaya gedəcək

Kobaxidze: Gürcüstan Prezidenti Zurabişvili pensiyaya gedəcək Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 29-da yeni prezidentin andiçmə mərasimindən sonra “pensiyaya getməli” olacaq.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Salome Zurabişvili ölkəmizin milli maraqlarına xələl gətirməyə çalışıb. Prezidentin birbaşa öz ölkəsinin milli maraqlarına qarşı çıxması acınacaqlı haldır. Gürcüstan parlamentli respublika olub və qalır. Dekabrın 29-da onun səlahiyyət müddəti nəhayət başa çatacaq və təbii ki, o, təqaüdə çıxmalı olacaq”, - Kobaxidze bildirib.

Bu gün Gürcüstan parlamentində yeni prezident seçkiləri keçirilir. Bu posta yeganə namizəd hakim “Gürcü arzusu”nun təmsil etdiyi Mixail Kavelaşvilidir.
Kavelaşvilinin andiçmə mərasimi artıq dekabrın 29-na planlaşdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər