Şəhriyar Məmmədyarov Türkiyədə saxlanıldı

Şəhriyar Məmmədyarov Türkiyədə saxlanıldı Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.

Bu barədə "Satranc okulu"nun "YouTube" kanalında FİDE ustası Selim Gürcan məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Ş.Məmmədyarov Londonda iştirak etdiyi turnirdən geri dönərkən Sabiha Gökçen Hava Limanında gömrük işçiləri onu şübhəli bilərək saxlayıb və qaçaqmalçılıqda ittiham ediblər.

Hətta qrossmeysterin əlindəki şahmat alınıb və firuqların içinə bir-bir baxılıb. Daha sonra o, Azərbaycan şahmatçısı olduğunu bildirib.

Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər