
Məmmədyarov turnirin sonuna bir tur qalmış qalib olub. Doqquzuncu turda ağ fiqurlarla şahmatçımız norveçli Maqnus Karlsenə qalib gəlib.
Beləliklə, Məmmədyarov 7 xal toplayaraq vahid liderə çevrilib. Cədvəldə onun ardınca Karlsen və Svidler (5 xal), Vaşye-Laqrav (4,5 xal), Navara (4 xal) və Georgiadis (1,5 xal) gəlir.
Turnirin yekun etapı bu gün keçiriləcək.
Tehsil-press.az