
Prezident Aleksandar Vuçiç etirazların Qərb tərəfindən maliyyələşdirildiyini və onu devirmək məqsədi güddüyünü iddia edib.
O, Serbiya uğrunda döyüşəcəyini və heç vaxt ölkəsinə xəyanət etməyəcəyini deyib.
Müxalifət Vuçiçi Suriyada hakimiyyətdən devrilən Əsədlə müqayisə edib, onun ölkəni tərk edə biləcəyini irəli sürüb. Vuçiç isə: “Mən heç yerə qaçmayacağam”, - cavabını verib.
Qeyd edək ki, Serbiya hökuməti Rusiya və Çinlə yaxın əlaqələrini qoruyaraq Avropa Birliyinə üzvlüyə çalışır.
Tehsil-press.az