
Bu barədə CAR prezidentinin sözçüsü Vinsent Maqvenya məlumat verib.
Məlumata görə, buna Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Rusiya liderinin həbsi ilə bağlı qərarı səbəb olub.
CAR BCM-in fəaliyyətinin əsasını təşkil edən Roma Statutunu ratifikasiya etdiyi üçün Putin ölkəyə səfər edərsə, onu həbs etməyə borcludur. Bu, 2023-cü il avqustun 22-24-də Yohannesburqda keçirilən BRICS-in 15-ci sammiti zamanı da qüvvədə olub.
“Yohannesburqda BRICS sammitindən sonra hüquqi vəziyyət dəyişməyib. Biz heç bir şəkildə BCM-in qərarlarına təsir edə bilmərik”, - Maqvenya belə vurğulayıb.
Tehsil-press.az