Putin Braziliyada həbs olunacaq?

Putin Braziliyada həbs olunacaq? Braziliya prezidenti Lula de Silva Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etməyəcəyinə söz verib.
O, bunu Yeni Delhidə keçirilən G20 sammiti zamanı deyib.
Braziliya prezidentinin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin barəsində həbs qərarı çıxarmasına baxmayaraq, Rusiya liderinin Braziliyaya mümkün səfəri zamanı belə bir risk ehtimalı yoxdur.
“Mən Braziliyanın prezidenti olsam və Putin Braziliyaya gəlsə, həbs olunmayacaq. Biz sülhü və insanlarla yaxşı rəftar etməyi sevirik. Ona görə də düşünürəm ki, Putin Braziliyaya təhlükəsiz şəkildə gələ bilər”, - Lula bəyan edib.
Qeyd edək ki, G20-nin növbəti görüşü gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq. Lulanın sözlərinə görə, Rusiya prezidenti də sammitə dəvət olunacaq.
Xatırladaq ki, ukraynalı uşaqların deportasiyasına görə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Ombudsman Mariya Lvova-Belovanın həbsinə order verib.

Tehsil-press.az


Oxşar xəbərlər