Türkiyə Cənubi Qafqazda güclənir, Rusiya zəifləyir, İran isə bunu istəmir.
Bu sözləri erməni politoloq Ruben Safrastyan deyib.
“Cənubi Qafqaz müxtəlif güc mərkəzləri arasında mübarizə meydanına çevrilir. Regionda Qərblə Rusiya arasında mübarizə kəskinləşir. Bu fonda əsas məqamlardan biri Rusiyanın bölgədə mövqelərinin zəifləməsidir. İndi Cənubi Qafqaz qlobal proseslərə cəlb olunub. Əvvəllər bu region Rusiyanın təsir dairəsindəydi, faktiki olaraq qlobal proseslərdən kənarda idi. Amma bunlardan irəli gələn bir sıra başqa gəlişmələr də var. Bu da Türkiyənin bölgəmizdə fəallaşması ilə əlaqəlidir”, - ekspert bildirib.
Safrastyan qeyd edib ki, Cənubi Qafqazı qlobal güclərin hədəfinə gətirən əsas amillərdən biri Pekin-London (Orta) və ya Şimal-Cənub dəhlizləridir:
“Bu tendensiyalar dərinləşmək və inkişaf etmək potensialına malikdir. Bütün bunların hara aparacağını deyə bilmərəm”.
Erməni ekspert Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişin olduğunu da qeyd edib:
“Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı irələyiş var, amma müqavilənin bir sıra bəndləri hələ də razılaşdırılmalıdır. Danışıqları davam etdirmək lazımdır”.
Safrastyanın sözlərinə görə, Türkiyə regiondakı mövqelərini daha da gücləndirmək üçün sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir, İran isə buna qarşı çıxır:
“İran narahatdır ki, Rusiyanın zəifləməsi ilə Qərb və Türkiyənin mövqeləri güclənəcək. Bu baxımdan Ermənistan amili İran üçün çox önəmlidir və onun vasitəsilə Qərb və Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsinin qarşısını almaq istəyir”.
Ermənistan-Türkiyə sərhədlərinin açılmasına gəlincə, erməni analitikin fikri belədir:
“Düşünürəm ki, bu, dərhal baş verməyəcək. Ankara açıq şəkildə bildirir ki, Ermənistan-Azərbaycan müqaviləsi imzalananda münasibətlərin normallaşması üçün müəyyən addımlar atacaqlar. Amma Türkiyə kartı əlində saxlamağa çalışacaq. Türklərin hesablamalarına görə, Qarsı Naxçıvanla birləşdirən dəmir yolunun tikintisi 2029-cu ildə başa çatacaq. O vaxta qədər Türkiyə Ermənistana təzyiq vasitələrini əlində saxlamağa çalışacaq. Münasibətlər 100 faiz həll olunmayacaq, amma Türkiyə bundan istifadə edərək ekstraterritorial dəhliz (Zəngəzur) əldə etmək üçün Ermənistana təzyiq göstərmək üçün mühüm addımlar atacaq”.
Tehsil-press.az