Naxçıvana Zəngəzur dəhlizi ilə getmək istəyənlərə VACİB XƏBƏR: Dəhlizə nəzarət necə təşkil olunacaq?

Naxçıvana Zəngəzur dəhlizi ilə getmək istəyənlərə VACİB XƏBƏR: Dəhlizə nəzarət necə təşkil olunacaq? Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı məsələyə son dövrlər intensiv münasibət bildirməsi Kremlin maraqlarından irəli gəlir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın Qərbə çıxışları bağlandığından və dünya ilə ticarəti davam etdirmək baxımından Moskvaya alternativ yollar lazımdır.

Rusiyanın Yaxın Orta Şərqlə, o cümlədən Türkiyə ilə əlaqələrinin qurulması üçün Zəngəzur dəhlizi olduqca vacibdir. Bu yolun açılması və Rusiyanın nəzarətində olması Kremlə iki səbəbdən lazımdır. Rusiya həmin dəhlizdə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə nəzarəti həyata keçirərsə bu, Rusiyaya əlavə üstünlüklər verəcək. Məhz bu yolun açılması ilə Rusiya yükləri Türkiyə və Yaxın Orta Şərqə daha rahat şəkildə iri həcmlərlə daşına bilər. Bu səbəbdən Rusiya özünün 2020-ci ildən sonrakı dövrdə əldən buraxdığı imkanları yenidən əldə etmək istəyir. Yəni Rusiya Zəngəzur dəhlizinin onun nəzarətində olmasını istəyir.

Mövzu ilə bağlı Referans.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizininin qlobal güclərin intriqa mənbəyinə çevrilməsi Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına ciddi əngəllər törədir:

"Azərbaycan manipulyasiyalara son qoymaq üçün Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh danışıqları istiqamətində ayrıca müzakirə olunması təklifini verdi, Ermənistan da bunu qəbul etdi. Faktiki olaraq Azərbaycan iki məqsədinə nail oldu: Sülh prosesini sürətlə irəliyə apardı, digəri Zəngəzur dəhlizi ilə bağlı ölkəmizə qarşı aparılan əks- təbliğat kampaniyasını bloklamış oldu".

Politoloq bildiri ki, dəhlizin açılması məsələsi hələki Azərbaycan və Ermənistan arasında müzakirə olunan mövzuların sırasından çıxıb: "Burada qlobal güclərin, ABŞ, Fransanın maraq göstərdiyi məsələlər var. Digər tərəfdən nəzərə alsaq ki, bu dəhlizin açılması ilə bağlı Rusiyanın, Türkiyənin, Çinin maraqları var. Bu kommunikasiya xətti Çinin “Bir kəmər, bir yol” layihəsinin əsas komponentlərindən biridir. Önəmli məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı Rusiya və Ermənistan arasında olan fikir ayrılıqlarıdır. Ermənistan 10 noyabr anlaşmasıyla özlərinin üzərlərinə götürdükləri öhdəliklərini, həmin dəhlizdə Rusiyanın nəzarət etməsini istəmirlər".

Tehsil-press.az

Oxşar xəbərlər