Yazıblar ki, generalın polkovnik oğlu işdən çıxarıldı. Söhbətin içinə varırsan, görürsən yoldaş tamojnada çalışırmış, təqaüdə yollanıbdır və cəmi 44 yaşındaymış.
Nə gözəl qaydadır... Buna görə Azərbaycanı sevməliyik. Polad müəllim demişkən, rəqqaslar 65 yaşda pensiyaya çıxır, gömrükçü 44 yaşında. “Üçün kruqunda” laqonda ilə dayanıb iş sifarişi gözləyən yoldaşlar isə indidən pensiyaya çıxmış kimi bir zaddırlar. İş yox, güc yox. Yaşa da, özün üçün. Lap istəsən dünya səyahətinə çıx. Camaat avtostopla dünyanı gəzir.
Eyni zamanda, ədalətsiz yanaşma da vardır. Məsələn, niyə generalın polkovnik oğluna general olmağa icazə verilmədi? Axı, atalar sözümüz var, hər generalın oğlu general olmalıdır. İndi isə polkovnik şəklində təqaüdə göndərilib.
Və dünya birliyi buna, bu ədalətsizliyə dözür. Lakin indi temamız geopolitika deyildir, ona görə yalnız Fransa müstəmləkəsi Mayottanı tufanın dağıtmasını yada salaraq başqa söhbətə keçmək, ya da təzəcə burnunu düzəltdirmiş aparıcılar demişkən, “keçid almaq” istəyirəm. Qarğıdalı partladın, adyala, palaza, yorğana, dublyonkaya, şubaya - kimin nəyi varsa - bürünüb yaxın əyləşin, maraqlı mövzu var.
Mövzu isə budur ki, Naxçıvanda vergi idarəsinin rəis müavini Ali Məclisi... məhkəməyə veribdir!
Dəhşətdir. Mən bunu oxuyanda gözüm kəlləmə çıxdı. Gəlin xəbəri bir daha, necə deyərlər, əməlli-başlı oxuyaq: “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə Naxçıvan MR Ali Məclisini məhkəməyə verib. ”Qafqazinfo" xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinə müraciət edən N.Məhəmmədzadə əmək mübahisələri çərçivəsində işə bərpa edilməsini tələb edib. O, işdən çıxarılmasını qanunsuz hesab etdiyini bildirib. Müraciətə hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq".
Buyurun, siz də mənə şübhə edirdiniz. Sübut ortadadır. Naxçıvanda Ali Məclis kimisə işdən çıxarır, o isə məhkəməyə üz tutur. Hələ məhkəmə də bu işə baxacaqdır! Ayıb deyə bir anlayış var.
İndi mən zəhmətkeşlərimizdən soruşuram: cəmi 3-4 il qabaq, Vasif müəllim bölgənin xanı işləyəndə orda belə hallar mümkün idimi? O vaxtlar Vasif müəllim ərazinin həm Ali Məclis sədri idi, həm verginin müdiriydi, asudə vaxtlarında da hakim işləyirdi. Nəticədə tam sabitlik idi, şəhərlər inkişaf edirdi, yeni parklar salınırdı, ağaclar əkilirdi. İndi bölgədə anarxiya hökm sürür. Yalan olmasın, hətta milli dəyərlərimizə ziddi demokratik irəliləyişlər gözə görünməkdədir! Allah erməni-rus-fars-fransız dördlüyünün evini yıxsın, vaxtında imkan versəydilər Zəngəzur dəhlizini açardıq, bölgəyə nəfəs verilərdi.
Sonda dostumuz, həmkarımız, Qarabağ qazisi Məğrub Bədəlsoyun ana dili ilə bağlı bir təklifini burada yazıram. Məsələ belədir ki, təzəlikcə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna yeni müdir təyin olunub. Bədəlsoy isə vəzifənin adının çox uzun olduğunu, bunu əzbərləməyə xeyli zaman gedəcəyini iddia edir.
Doğrudan da, “iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin innovativ inkişafın təşviqi sektoru” adama ilk baxışdan çox uzun görünür. Ancaq xüsusi qeyd edirəm, ilk baxışdan. İkinci dəfə oxuyanda görürsən ki, əslində çox da uzun deyil. Üçüncü dəfə oxuyursan, adama doğmalaşır. Sanki ana laylasıdır. Dördüncü dəfə də baxırsan, görürsən artıq əzbərləmisən.
Mən sayın qaziyə də elə bu məsləhəti verdim, yazdım işsiz adamsan, otur, əzbərlə. Tələsəcək yerimiz yoxdur, deputat Erkin Qədirli demişkən.
Tehsil-press.az