
Bu barədə “İnterpressnyus” agentliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya həbsin ləğvi barədə vəsatət qaldırıb.
Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur, çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.
Hakim Mixail Cincolia isə izah edib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi davam edir, ona görə də həbsin ləğvi ilə bağlı vəsatətdən imtina edilib.
Tehsil-press.az