Amma İran hədləri aşsa, Azərbaycan İranla bağlı müəyyən qərarlar verə bilərmi?
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran Cənubi Qafqaz siyasətində çoxdan gözlənilən korrektə və dəyişiklikləri etmək əvəzinə qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir:
“İran mediasında Azərbaycana qarşı zaman-zaman aparılan kampaniyalar, verilən açıqlamalar şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsirini göstərməkdədir. Bu mənada Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsində İranla bağlı dediyi fikirlər, verdiyi mesajlar qonşu ölkə tərəfindən bir xəbərdarlıq olaraq da qəbul edilməlidir.
Azərbaycan hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olub. Və bizim eyni münasibəti qonşularımızdan da görmək haqqımızdır. Azərbaycan regionda sabitliyin əsas təminatçısı kimi çıxış edir və hər hansı bir təxribatın qarşısını almağa qadir olduğunu göstərir. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməklə öz suverenliyini qoruyur, lakin İranın regiondakı bəzi hərəkətləri bu münasibətlərin normallaşmasına mane olur.
Azərbaycan ölkə təhlükəsizliyini təhdid edən istənilən addıma cavab vermək qabiliyyətindədir”.
Tehsil-press.az