Əhalisi cəmi 10 milyondur: Bu ölkədə 840 dildə danışırlar

Əhalisi cəmi 10 milyondur: Bu ölkədə 840 dildə danışırlar Planetimiz minlərlə fərqli dildə danışan milyardlarla insanın evidir. Bununla belə, dünyada insanların 840 dildə danışdığı yalnız bir ölkə var.

Bu barədə "IFLScience" nəşri yazır.

Söhbət Papua Yeni Qvineyadan gedir. Bu gün orada təxminən 840 dildə danışılır. Bu, dünyada mövcud olan dillərin ümumi sayının 10% -dən çoxdur.

Bildirilir ki, bu qədər dil zənginliyinə baxmayaraq, ölkə əhalisinin ümumi sayı 10 milyon nəfərdir.

Alimlər aşkar ediblər ki, üç rəsmi dildən başqa, Papua Yeni Qvineyanın geniş etnik və mədəni müxtəlifliyini əks etdirən yüzlərlə başqa yerli dil var.

Tehsil-press.az

Oxşar xəbərlər