
Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasına qoşularaq bildirib.
"O dövrdə Gürcüstan xalqının bir hissəsi bu xüsusi əməliyyatın qurbanı oldu. Nəticədə isə tam bir milli məhv prosesi başlandı. Bu gün ölkəmiz böyük bir fəlakətin astanasındadır. Bizim vəziyyəti dəyişdirmək üçün çox az vaxtımız qalıb. İvanişvilinin qələbəsi Gürcüstanda həyata keçirilən genişmiqyaslı hibrid əməliyyatın nəticəsi idi və bunun arxasında böyük güclər dayanırdı. Rusiya Moldovaya gedə bilməz, çünki arada Ukrayna var. Baltikyanı ölkələrə də hücum edə bilməz, çünki NATO-nun qoruması altındadırlar. Qazaxıstana yönələ bilməz, çünki orada Çin var. Azərbaycana da gedə bilməz, çünki Türkiyənin hərbi zəmanəti var. Ancaq Gürcüstan müdafiəsiz qalıb və Rusiya məhz buraya gələcək. Gürcüstanın vasitəsilə dünyaya çıxacaq. Bu, acı reallıqdır. Əgər vəziyyət tezliklə dəyişməzsə, ölkəmiz üçün son dərəcə təhlükəli nəticələr olacaq", - deyə Saakaşvili vurğulayıb.
Tehsil-press.az