Trampın əlindəki ləkə nədir? - Fotolar

Trampın əlindəki ləkə nədir? - Fotolar Məlum olduğu kimi, bir neçə gün əvvəl Ağ Evdə ABŞ və Fransa prezidentləri Donald Trampla Emmanuel Makron arasında görüş keçirilib.

Iki ölkə liderinin görüşü ilə yanaşı başqa bir detal da sosial şəbəkələrdə gündəmə gəlib.

Belə ki, Trampla Makronun birgə mətbuat konfransı zamanı çəkilən fotoların birində ABŞ liderinin sağ əlinin üzərində tünd göy rəngdə ləkə görmək mümkün olub.

Trampın əlindəki ləkə nədir? - Fotolar


Bunun ardınca sosial şəbəkələrdə Trampın səhhəti və ləkənin mümkün səbəbi ilə bağlı müzakirələr başlayıb. Bəzilərinin fikrincə, bu ləkə qandurulducu dərmanların təsirindən yarana bilər.

Tehsil-press.az

Oxşar xəbərlər