FTB Trampın kürəkəni ilə bağlı araşdırmalara başlayıb

FTB Trampın kürəkəni ilə bağlı araşdırmalara başlayıb Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Donald Trampın baş müşaviri və kürəkəni Cared Kuşnerlə bağlı araşdırmaya başlayır.
Təhqiqat Amerika liderinin köməkçisinin Rusiya nümayəndələri ilə əlaqəsi ehtimalı ətrafında aparılır.
Bununla belə, qeyd olunur ki, onun haqqında hər hansı cinayət işi açılması və ya digər cəza tədbirləri nəzərdə tutulmur. Araşdırma sadəcə C.Kuşnerdə təhqiqat üçün faydalı informasiyaların öyrənilməsi məqsədilə aparılır.
Qeyd edək ki, C.Kuşner D.Trampın qızı İvanka Trampın həyat yoldaşıdır.

Təhsil-press.az

Oxşar xəbərlər