
İlk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Qaydalar və sənəd nümunələri” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
Tibbi müayinələrin keçirilməsi 01 aprel – 30 iyun, seçimlərin aparılması isə 01 iyul – 31 avqust tarixlərində nəzərdə tutulur.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.
Fəxr edəcəyin gələcəyi seç!
Tehsil-press.az