
Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Badri Koçlamazaşvili onu 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək M. Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə onun şəxsi məqsədləri üçün dövlət büdcəsindən 9 milyon lari (həmin illərdə təxminən 5,4 milyon dollar) mənimsənilib.
Onu da bildirək ki, Saakaşvili barəsində 2007-ci ilin noyabrında baş verən hadisələr və ölkə sərhədini qanunsuz keçməsinə dair başladılan işlər üzrə məhkəmə prosesləri davam etdirilir.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.
Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.
Tehsil-press.az