Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb:
"İclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxıldı. Təxminən 100-ə yaxın müraciətə baxıldı. Hər bir müraciət əsasında səsvermə nəticəsində qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək. Komissiyanın işləri yekunlaşandan sonra sənədlər ölkə başçısına təqdim olunacaq".
11:20
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu il komissiyanın üç iclası baş tutub və 300-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
Tehsil-press.az