
Bu barədə "ASAN xidmət"dən məlumat verilib.
Bildirilib ki, vətəndaşlarımız qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəriqaz" İB, "Azərişıq" ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən, həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər.
"Eyni zamanda, mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.
Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər "ASAN xidmət" mərkəzlərinə müraciət etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Tehsil-press.az