Korrupsiyaya görə tutularaq azadlığa buraxılan vəzifəli şəxs yenidən həbs olunubmuş – CƏZA

Korrupsiyaya görə tutularaq azadlığa buraxılan vəzifəli şəxs yenidən həbs olunubmuş – CƏZA Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Rafiq Əzizovun barəsindki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, apellyasiya şikayəti isə təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı şərti hökm dəyişdirilib. Belə ki, Rafiq Əzizov 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 ay 10 gün (həbsdə olduğu müddət çıxılıb) müddətə azadlıqdan məhrum olunub.

Qeyd: Rafiq Əzizov Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavini vəzifəsində çalışıb.

O, işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib və o, azadlığa buraxılıb.

Daha sonra dövlət ittihamçısı hökmdən narazı qalaraq apellyasiya protesti verib. Apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs məhkəmədən yayındığından onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və axtarış elan elan edilib, o, tutulanadək cinayət işi üzrə icraat dayandırılıb. Sonra Rafiq Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq həmin Yasamal Rayon Polis İdarəsinə təhvil verilmişdir.

Tehsil-press.az

Oxşar xəbərlər