Avropa 800 milyardı hardan tapacağından danışır - Peskov

Avropa 800 milyardı hardan tapacağından danışır - Peskov Avropa indi özünü hərbiləşdirmədən danışır və səhiyyə və infrastrukturu inkişaf etdirmək əvəzinə, buna pul xərcləmək istəyir.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Avropa indi müharibədən və özünü necə hərbiləşdirəcəyindən, xərcləmək üçün 800 milyard avronu hardan tapacağından danışır. Bu pullar səhiyyəyə, infrastrukturun inkişafına sərf edilməlidir, lakin onlar onu hərbiləşdirməyə sərf etmək istəyirlər”, - Peskov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər