
Mövzu ilə bağlı açıqlama verən vəkil Ramil Süleymanov bildirir ki, bu məsələlər Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi ilə tənzimlənir:
“Məcəllənin 73 maddəsində qeyd olunur ki, müvafiq İcra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallar istina edilməklə, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq varsa və onlardan biri üstdə, digəri isə nisbətən aşağı ərazidədirsə, o zaman torpağın hasar çəkilən hissəsinin ən yuxarı nöqtəsi qəbul olunur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 79.1.3 maddəsinə əsasən, 2 metr 20 santimentrə qədər olan hasarların çəkilməsi üçün İcra hakimiyyətindən icazəsinin alınması tələb olunmur. Deməli, bununla bağlı məlumatlandrma icraatı təqdim olunur. Belə ki, vətəndaş torpağı hasara almaq üçün mütləq müvafiq İcra hakimiyyətinə bununla bağlı məlumat verir. 10 gün müddətində hərhansı etiraz daxil olmadıqda rahat şəkildə işinə başlayıb torpağı hasarlaya bilər.”
Tehsil-press.az