
Bunu açıqlamasında 98 yaşlı Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun köməkçisi Mehriban Rəcəbova deyib.
O bildirib ki, heykəltəraş günün müəyyən hissəsini emalatxanasında keçirir və eskizlər çəkir:
“Əvvəlki kimi aktiv fəaliyyətlə məşğul deyil. Emalatxanası soyuq olmayanda oraya gedir. İndi bayramla əlaqədar rayona gedirik. Ayın sonu Bakıya geri qayıdacağıq”, -deyə M. Rəcəbova bildirib.
Qeyd edək ki, Ömər Eldarov yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısı olub. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. 2001-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi çalışıb.
Ona “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenləri verilib.
Tehsil-press.az