Anna Prokofyeva da müharibədə həlak oldu - VİDEO

Anna Prokofyeva da müharibədə həlak oldu - VİDEO Rusiyanın Birinci Kanalının müharibə müxbiri Anna Prokofyeva Belqorod vilayətində Demidovka kəndi yaxınlığında ölüb.

Bu barədə onun həmkarı, bloger Vladimir Romanov bildirib.

"Birinci Kanalın müharibə müxbiri Anna Prokofyeva redaksiya tapşırığını yerinə yetirərkən həlak oldu. Cəsur, dürüst və layiqli insan. Peşəkar", - Romanov qeyd edib.

Hazırda telekanalın özü məlumatı təsdiqləməyib.

Prokofyeva mütəmadi olaraq atəş altında işləyirdi, münaqişə zonasından reportaj verirdi.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Krasnoyarsk vilayətində vəziyyət ağır olaraq qalır.

Tehsil-press.az

Oxşar xəbərlər