"Şeyxə görə məni niyə narahat edirsiz?" - Paşazadədən sərt açıqlama

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranıb. Onun onurğa sütununda problemlərin olduğu, yeriyə bilmədiyi qeyd edilib. Şeyx bu gün bayram namazına da qatılmayıb. Manset.az Şeyxin səhhətilə bağlı onun qardaşı Milli Məclisinin deputatı Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.

C.Paşazadə sərt açıqlama verərək, bayram günündə Şeyxlə bağlı xəbərə görə onun niyə narahat edildiyini bildirib:

"Mənim bayramımı təbrik etmək üçün zəng vurmusunuz, yoxsa məni əsəbiləşdirmək üçün? Bayram günündə niyə zəng edib, mənə belə suallar verirsiniz? Gedin işinizlə məşğul olun!"

Tehsil-press.az

Oxşar xəbərlər