Aeroport yolunda ağır qəza: Ölən və yaralananlar var

Aeroport yolunda ağır qəza: Ölən və yaralananlar var Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

23:36

Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Evakuator aeroporta gedən ekspres avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər