AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb

AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb Bakıda keçirilən Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

AQTA-nın sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Vladimir Boleanın imzaladığı memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İclasın sonunda Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokol təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur.

Yekun protokolda, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər