Rektor: Azərbaycan Texniki Universitetinin süni intellektlə bağlı çox ciddi platforması var

Rektor: Azərbaycan Texniki Universitetinin süni intellektlə bağlı çox ciddi platforması var Süni intellektin bir çox istiqamətlər, o cümlədən iqtisadiyyat, mədəniyyət və incəsənətdə, eyni zamanda, siyasətdə geniş tətbiqi var. Bu gün Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” konfransı da süni intellektlə bağlıdır.

Bu sözləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev jurnalistlərə müsahibəsində söyləyib.

Rektor deyib: “Bu gün biz daha çox süni intellektin mədəniyyət və incəsənətə tətbiqini görürük. Bununla bağlı süni intellektin əsas mahiyyəti ondan ibarətdir ki, o tətbiqi bir sahədir. Texniki Universitetin rektoru kimi deyə bilərəm ki, bizim süni intellektlə bağlı ciddi platformamız var.

Məsələn, biz bunun bir istiqamətini süni intellekt texnologiyalarının tətbiqində görürük. Tətbiq edilən digər sahə müdafiə sənayesidir. Azərbaycan müdafiə sənayesində süni intellektin çox ciddi tətbiqləri var.

Süni intellektin ən çox tətbiq sahələrindən biri də energetika sektorudur. Habelə elektronika, telekommunikasiya sahələrində süni intellekt tətbiq edilir.

Əsas məsələ odur ki, süni intellekt insanı əvəz edə bilməsə də, onun işini yüngülləşdirir və insan daim öyrəndikcə ciddi nəticələr əldə edir”.

Tehsil-press.az

Oxşar xəbərlər