Süni intellekt və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans təşkil ediləcək
Azərbaycan Texniki Universitetin (AzTU) ev sahibliyi ilə mayın 20-dən 22-dək mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat üzrə beynəlxalq konfrans keçiriləcək.
Konfransın təşkilatçıları AzTU, Mingəçevir Dövlət Universiteti, Qazi Universiteti, Süleyman Dəmirəl Universiteti və İsparta Tətbiqi Elmlər Universitetidir.
Məqsəd süni intellekt üzrə yeniliklər edən mütəxəssislərin ixtiralarını geniş auditoriyaya çatdırmaqdır.
Tehsil-press.az
- Baxış: 2706
Xəbərin tarixi: 24.01.2022 / 09:16
-
Oxşar xəbərlər