
“Asal” Araştırma Mərkəzi 26 vilayətdə “Türkiyənin problemlərini hansı partiya həll edə bilər” sualı ilə sorğu keçirib.
2,5 min insanın qatıldığı sorğuda respondentlərin 39,5 faizi “heç biri” cavabını verib.
AKP cəmi 21,4%, CHP isə 17% dəstək alıb.
Digər partiyalar isə daha aşağı nəticə göstərib: DEM - 3.5%, MHP - 2.9%, İYİ – 2%, Zəfər Partiyası – 1,8%, Yenidən Rifah – 1,6%, digərləri ümumilikdə 1,9%.
Respindentlərin 8%-i fikir bildirməkdə çətinlik çəkib.
Tehsil-press.az