Ordumuz Zəngəzurda nə edib? – MN-dən ziddiyyətli bəyanatlar

Ordumuz Zəngəzurda nə edib? – MN-dən ziddiyyətli bəyanatlar Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkənin Müdafiə Nazirliyinin dezinformasiya siyasətini ifşa edib.

O bu barədə Feysbuk hesabında yazıb.

“Müdafiə Nazirliyi əvvəlcə bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sünikin (Zəngəzur – red.) Xnatsax qəsəbəsi istiqamətində atəş açıb, nəticədə kəndin mədəniyyət mərkəzinə ziyan dəyib.

Daha sonra müdafiə nazirinin müavini Arman Sərkisyan bildirdi ki, “atışmalar bəzən az olur, lakin hansısa mövqe hədəfə alınmır”.

Bu, hansı məntiqdir?”, – deyən A.Zaxaryan İrəvanın ziddiyyətli bəyanatlarının inandırıcı olmadığına eyham vurub.

Qeyd edək ki, Azərbaycan Ordusu sərhəddə sabitliyi qoruyur, yalnız erməni təxribatları zamanı adekvat cavab verir.

Tehsil-press.az

Oxşar xəbərlər