Fransa XİN başçısına istefa təklif edildi

Fransa XİN başçısına istefa təklif edildi "Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro Əlcəzairlə münasibətlərdə alçaldıcı böhrana görə istefa verməlidir".

Bu barədə "İdentiklik və Azadlıq" Partiyasının lideri, Avropa Parlamentinin üzvü Marion Marşal özünün "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, vəziyyət Əlcəzairdən "persona non-qrata" elan edilmiş 12 fransız diplomatın çıxarılmasından sonra kritik həddə çatıb.

Əlcəzair Xarici İşlər Nazirliyi diplomatların çıxarılması ilə bağlı qərarı təsdiqləyib. Buna cavab olaraq Jan-Noel Barro təəssüfünü bildirib və Fransa tərəfindən mütənasib cavab vəd edib. Lakin Marion Marşalın fikrincə, bu kifayət deyil və XİN başçısı ikitərəfli münasibətlərin pisləşməsinə görə məsuliyyəti öz üzərinə götürmək üçün istefa verməlidir.

Fransa ilə Əlcəzair arasında böhran Parisin mübahisəli Qərbi Saxara ərazisi üzərində Mərakeşin suverenliyini tanımasından sonra başlayıb. Əlcəzair öz növbəsində bu regionun öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlı referendum keçirilməsində israr edir. Vəziyyəti Rabatın Fransadan deportasiya edilmiş əlcəzairliləri qəbul etməkdən imtinası, həmçinin bir sıra Afrika ölkələrinin Fransa ilə hərbi sazişləri ləğv etməsi daha da ağırlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər