Əlcəzair Mərakeş üçün hava məkanını bağladı

Əlcəzair Mərakeş üçün hava məkanını bağladı Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb.
Bu barədə Əlcəzair Prezidentinin Administrasiyası məlumat yayıb.
Qərar Mərakeşin “düşməncəsinə hərəkət və təxribatlarına” görə qəbul edilib. Qərar Mərakeşin mülki və hərbi təyyarələrinə, eləcə də, bu ölkəyə məxsus bütün təyyarələrə şamil olunur.
Qərar bu gündən etibarən qüvvəyə minir. Mərakeş tərəfindən qərara hər hansı münasibə t bildirilməyib.
Qeyd edək ki, avqustun 24-də Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini bəyan edib. O, bu qərarı “müstəqillik tarixindən etibarən Mərakeş ölkəmizə qarşı çirkin işlər həyata keçirir” cümləsi ilə elan edib. XİN rəhbəri Mərakeşin Əlcəzairə qarşı düşmənliyinin 1963-cü il müharibəsindən bəri məqsədli olduğunu bildirib.
İki ölkə arasında diplomatik əlaqələr kəsildi
Lamamra Mərakeşi ölkəsində meşə yanğınlarını törədən islamçı “Rachad” və separatçı MAC hərəkatı kimi qruplaşmalarla əlaqədə ittiham edib.
Mərakeş XİN isə Əlcəzair hakimiyyətinin krallıqla diplomatik əlaqələri kəsmək üçün avqustun 24-də qəbul etdiyi qərardan təəssüfləndiyini bildirib, bu qərar üçün göstərilən səbəbləri rədd edib.

Tehsil-press.az

Oxşar xəbərlər