Sinoptiklər xəbərdarlıq edir: Qar, yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq

Sinoptiklər xəbərdarlıq edir: Qar, yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq Sinoptiklər qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Tehsil-press.az

Oxşar xəbərlər