
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşlar "Pulu evdə saxlamaq ən yaxşısıdır", "Uşaqların kartından 800 manata yaxın pul oğurlanıb", "Axırıncı dəfə 150 manat çıxdılar, linkə daxil oldum, pulumu oğurladılar" kimi fikirlər səsləndiriblər. Görünür, bəzi vətəndaşlar rəqəmsal ödənişlər sahəsində fırıldaqçılarla mübarizə apara bilmir.
Azərbaycan Banklar Assosiasiyası isə vətəndaşları əmin edir ki, kartlarda pul saxlamaq ən doğrusudur. "Vətəndaşlarımız güvənli formada öz vəsaitlərini bank hesablarında saxlaya bilərlər. Bugünkü reallıqda nağdsız, elektron ödənişlər rahat bir alətdir. Əsas odur ki, hər birimiz fərdi olaraq diqqətli olmalıyıq", - deyə ABA-nın ekspert qrupunun rəhbəri Cavidan Əfəndiyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
Ətraflı süjetdə:
Tehsil-press.az